İRAN millisi Xorvatiyadakı dünya çempionatında 1-ci yeri tutub
https://parstoday.ir/azeri/news/iran-i12658-İran_millisi_xorvatiyadakı_dünya_çempionatında_1_ci_yeri_tutub
İranın idman tarixində ilk dəfədir ki, sərbəst və yunan-Roma güləşi üzrə milli komandalar eyni turnirdə eyni vaxtda dünya çempionu adını qazanıblar.
(last modified 2025-09-23T11:43:46+00:00 )
Sen 22, 2025 09:49 Asia/Baku
  • İRAN millisi Xorvatiyadakı dünya çempionatında 1-ci yeri tutub

İranın idman tarixində ilk dəfədir ki, sərbəst və yunan-Roma güləşi üzrə milli komandalar eyni turnirdə eyni vaxtda dünya çempionu adını qazanıblar.

İran İslam Respublikasının yunan-Roma güləşi millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında birinci yeri tutub.

Aran radiosu xəbər verir ki, mötəbər yarışda 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 180  xal toplayıb.

Azərbaycan (89 xal) ikinci, Özbəkistan (72 xal) isə üçüncü yeri tutub.

Qeyd edək ki, yarışda  yunan-Roma güləşi üzrə Azərbaycan Respublikasının millisi 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.