Pezeşkian və Makron nüvə məsələsinin həllini danışıqlar yolu ilə tapmağa təkid etdilər
https://parstoday.ir/azeri/news/iran-i12686-pezeşkian_və_makron_nüvə_məsələsinin_həllini_danışıqlar_yolu_ilə_tapmağa_təkid_etdilər
 İran və Fransa prezidentləri nüvə məsələsinin həllini danışıqlar yolu ilə tapmağa səyləri artırmağı vurğulayıblar.
(last modified 2025-09-27T06:22:53+00:00 )
Sen 27, 2025 10:20 Asia/Baku
  • Pezeşkian və Makron nüvə məsələsinin həllini danışıqlar yolu ilə tapmağa təkid etdilər

 İran və Fransa prezidentləri nüvə məsələsinin həllini danışıqlar yolu ilə tapmağa səyləri artırmağı vurğulayıblar.

 

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian və Emmanuel Makron, 2025-ci il, 24 sentyabr tarixində, çərşənbə günü, yerli vaxtla səhər saatlarında BMT-nin 80-ci Baş Assambleyasının çərçivəsində görüşərək müzakirələr aparıblar.

 

Görüşdə tərəflər ikitərəfli əlaqələri müzakirə edərək, gələcəkdə iki ölkə arasında mövcud problemlərin həll olunması ilə əlaqədar, əlaqələrin inkişafı və əməkdaşlığın gücləndirilməsi üçün zəminin yaradılmasına ümid etdiklərini bildirdilər.

 

Pezeşkian, İranın nüvə məsələsi ilə bağlı vurğulayıb: İran heç vaxt nüvə silahı istehsal etməyi planlaşdırmayıb və Avropa tərəfdaşları ilə bu sahədə qəbul edilə bilən bir çərçivədə danışıqlara başlamağa hazırdır.

 

Fransa Prezidenti Emmanuel Makron isə Fransanın, İranla əlaqəli məsələlərin həlli üçün iradəsini bir daha təkrarlayıb və ölkəsinin Yaxın Şərqdə sülh və sabitliyi qorumaq və müharibənin qarşısını almaq üçün çalışacağını bildirib. O, həmçinin Fransanın nüvə məsələsinin həlli istiqamətindəki səylərinə diqqət çəkərək, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Fransanın hazır olduğunu vurğulayıb.