İnqilab Rəhbərinin Müqəddəs Müdafiə Həftəsi münasibətilə mesajı:
https://parstoday.ir/azeri/news/iran-i12706-İnqilab_rəhbərinin_müqəddəs_müdafiə_həftəsi_münasibətilə_mesajı
Şəhadət, cihadın mükafatıdır — istər 8 illik müdafiədə, istərsə də qəhrəmancasına aparılan 12 günlük döyüşdə
(last modified 2025-09-29T10:36:04+00:00 )
Sen 25, 2025 18:05 Asia/Baku
  • İnqilab Rəhbərinin Müqəddəs Müdafiə Həftəsi münasibətilə mesajı:

Şəhadət, cihadın mükafatıdır — istər 8 illik müdafiədə, istərsə də qəhrəmancasına aparılan 12 günlük döyüşdə

 

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei, Müqəddəs Müdafiə Həftəsi və “Lalələrin qonaqlığı” günü münasibətilə verdiyi mesajda şəhadəti cihadın mükafatı adlandıraraq vurğulayıb: Xalq və millətlər bu cihadla ucalır və bu şəhadətlə nur və parıltı qazanırlar.

 

Bu mesajın mətni, ölkə miqyasında şəhid məzarlarının ziyarəti, ətirləndirilməsi və güllərlə bəzədilməsi ilə eyni zamanda təşkil edilən “Lalələrin qonaqlığı” mərasimində, Tehrandakı Beheşt-Zəhranın şəhidlər məzarlığında Vilayəti Fəqihin Şəhidlər və Müharibə Veteranları Fondundakı nümayəndəsi Höccətül-islam Musəvi Muqəddəm tərəfindən oxunub.

 

 

Bismillahir-rəhmanir-rəhim

 

Bu il Müqəddəs Müdafiə Həftəsi, İslam müqavimət cəbhəsinin bir sıra seçilmiş şəxsiyyətlərinin və müxtəlif bölgələrdə cəsur gənclərin şəhadəti ilə başqa bir parlaq və möhtəşəm rəng almışdır.

 

Şəhadət — cihadın mükafatıdır — istər 8 illik müdafiədə, istər qəhrəmancasına aparılan 12 günlük döyüşdə, istərsə də Livan, Qəzza və Fələstində.

Millətlər bu cihadlarla inkişaf edir və bu şəhadətlərlə ucalır, parlaqlıq və mənəvi cazibə qazanırlar.

Əsas məsələ budur ki, haqqın qələbəsi və batilin məhvi ilə bağlı ilahi vədə qəti şəkildə inanaraq, Allahın dininə yardım etməkdə öz vəzifəmizə sadiq qalaq.

 

Seyyid Əli Xamenei

2 Mehr 1404 (24 sentyabr 2025)