Bəqayi: ABŞ-nin diplomatiyaya meyilli olması barədəki iddiaları sadəcə aldadıcı və ziddiyyətlərdir
https://parstoday.ir/azeri/news/iran-i12712-bəqayi_abŞ_nin_diplomatiyaya_meyilli_olması_barədəki_iddiaları_sadəcə_aldadıcı_və_ziddiyyətlərdir
Xarici İşlər Nazirliyinin sözçüsü yazıb: ABŞ-nin diplomatiyaya meyilli olması barədəki iddiaları sadəcə yalan və ziddiyyətlərdir; eyni zamanda diplomatik danışıqlar zamanı bir ölkəni bombardman etmək və sonra yenə diplomatiyadan bəhs etmək düzgün deyil.
(last modified 2025-09-27T13:01:59+00:00 )
Sen 27, 2025 20:53 Asia/Baku
  • Bəqayi: ABŞ-nin diplomatiyaya meyilli olması barədəki iddiaları sadəcə aldadıcı və ziddiyyətlərdir

Xarici İşlər Nazirliyinin sözçüsü yazıb: ABŞ-nin diplomatiyaya meyilli olması barədəki iddiaları sadəcə yalan və ziddiyyətlərdir; eyni zamanda diplomatik danışıqlar zamanı bir ölkəni bombardman etmək və sonra yenə diplomatiyadan bəhs etmək düzgün deyil.

 

Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi, öz X hesabında yazıb:Əgər birini sizi barmaqla göstərib haqsız ittiham edəndə, əslində üç barmaq özünə tərəf yönəlir. İranı haqsız yerə ittiham etmək, ABŞ-nin Fələstin xalqına qarşı davam edən soyqırımda, təşkilatlanmış terrorizm və İsrail rejiminin müxtəlif ölkələrə qarşı davamlı təcavüzlərində birbaşa iştirakını gizlədə bilməz.İranın sülhməramlı nüvə qurğularına qarşı qanunsuz hücumları ilə fəxr etmək, nə qədər izah etməyə çalışsanız da – həm vəhşilik, həm də nifrət doğurucu olaraq – ABŞ hökumətinin bu cinayətkar və təcavüzkar hərəkətini beynəlxalq məsuliyyətini ağırlaşdırır və o ölkənin rəhbərlərinin "İran xalqına" qarşı dərin kin və düşmənçiliyini daha da aydın göstərir.