Zərif: İran xalqı və liderləri nüvə proqramına ləyaqət obyektivindən baxırlar
https://parstoday.ir/azeri/news/iran-i12720-zərif_İran_xalqı_və_liderləri_nüvə_proqramına_ləyaqət_obyektivindən_baxırlar
"Bu günlərdə Təhlükəsizlik Şurasının İrana qarşı qətnamələrinin geri qaytarılmasının ABŞ və Avropa İttifaqına daha yaxşı sövdələşmə mövqeyi verəcəyi ilə bağlı illüziya axmaqlıqdan başqa bir şey deyil. Praktikada bu, qarşılıqlı anlaşma yanaşmasını zəiflədir və sadəcə müqaviməti təşviq edir, diplomatiyanın etibarını və əhəmiyyətini məhv edir və beləliklə, Avropa üçün hər hansı rolu aradan qaldırır."
(last modified 2025-09-27T07:31:52+00:00 )
Sen 27, 2025 03:29 Asia/Baku
  • Zərif: İran xalqı və liderləri nüvə proqramına ləyaqət obyektivindən baxırlar

"Bu günlərdə Təhlükəsizlik Şurasının İrana qarşı qətnamələrinin geri qaytarılmasının ABŞ və Avropa İttifaqına daha yaxşı sövdələşmə mövqeyi verəcəyi ilə bağlı illüziya axmaqlıqdan başqa bir şey deyil. Praktikada bu, qarşılıqlı anlaşma yanaşmasını zəiflədir və sadəcə müqaviməti təşviq edir, diplomatiyanın etibarını və əhəmiyyətini məhv edir və beləliklə, Avropa üçün hər hansı rolu aradan qaldırır."

 

Ölkəmizin keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehrandan onlayn olaraq Vaşinqtonda keçirilən Silahlara Nəzarət Assosiasiyasının toplantısındakı çıxışında daha çox təzyiqin son nəticədə İranı təslim olmağa məcbur edəcəyinə dair fərziyyə və rəvayətləri rədd edərək dedi: “Məncə, bu rəvayətlərdə çatışmayan halqa İranın ləyaqətidir."

 

O, İran liderlərinin və xalqının böyük bir hissəsinin nüvə məsələsinə nüvə qabiliyyəti və ya iqtisadi dəyərinin soyuq hesablamaları ilə deyil, ləyaqət, tarixi qürur və milli dözümlülük baxımından baxdığını qeyd edərək, əlavə edib: "İrəli getmək üçün ləyaqəti öz mərkəzində saxlayan bir paradiqmaya keçməliyik. Yalnız belə bir çərçivədə problemin həllinə ümid etmək olar."

 

İran bomba düzəltmək istəsəydi, indiyə qədər bunu edərdi, halbuki o, həqiqətən bomba hazırlayanlardan daha yüksək bədəl ödəyirdi. İran Netanyahunun 30 il əvvəl 6 ayda görülə biləcəyini iddia etdiyi işi niyə başa çatdırmadan belə ağır bədəl ödədi?

 

İran “nüvə şantajı” ilə məşğul olmaq istəyirdisə, niyə qarşı tərəfin sanksiyalar və kobud güc yolu ilə şantajını dayandıra bilmədi? Nə üçün İran iqtisadi çətinliklərə baxmayaraq, münasibətlərin normallaşdırılması, investisiyalar və s. kimi sərfəli təkliflər müqabilində nüvə fəaliyyətindən imtina edib?

 

Digər tərəfdən, əgər İran “hüquqi imkanlar” vasitəsilə uranın zənginləşdirilməsi proqramı ilə çəkindirici qüvvə yaratmaq istəyirdisə, niyə bu proqramın çəkindirici deyil, həm də hücumlar və iqtisadi təzyiqlər üçün bəhanə və hədəf olduğu sübuta yetirildiyi üçün uranı zənginləşdirməyi dayandırmır və ya bomba yaratmağa tələsmir?

 

İran bunların heç birini etmədi: nə təslim oldu, nə də sosial tələbin yüksək olduğu və hüquqi əsaslandırmanın asanlıqla təmin edildiyi hazırkı vəziyyətə qədər belə, bomba hazırlamağa tələsmədi. Əvəzində İran silahlanmadan davamlı olaraq nüvə inkişafını davam etdirir.

 

Gəlin keçmiş uğursuzluqlar həbsxanasından çıxaq, uğursuz fərziyyələrimizi yenidən nəzərdən keçirək, qarşılıqlı hörmətə əsaslanan yanaşmaları nəzərdən keçirək və beləliklə, ruhlandırıcı gələcək imkanları yaradaq.