Laricani: Seyid Həsən Nəsrullah onilliklər öncə İsrail təhlükəsini anlamışdı
Müqavimət hərəkatı, xüsusilə də Hizbullah, İslam dünyası üçün, xüsusən də İsrailə qarşı böyük bir sərvətdir və şəhid Seyid Həsən Nəsrullah bu mövzuda çox fərqlənən bir rola sahib idi.
Seyid Həsən Nəsrullahın “cinayəti” bundan ibarət idi ki, o, digərlərindən əvvəl onilliklər öncə İsrail təhlükəsini anladı və onun əvvəlcədən dərk etdiyi məsələləri bu gün regionun vəziyyətinə baxanda görürük.Seyid Həsən Nəsrullah İsrail təhlükəsinə qarşı bir plan qurmuşdu və bu planı həyata keçirdi; gənc mücahidlərdən istifadə edərək bu böyük hərəkatı yaratdı.Livan kiçik bir ölkə olsa da, İsrailə qarşı güclü sayılır və bunun səbəbi gənc nəsil arasında möhkəm iradənin olmasıdır.Hizbullah və Seyid Həsən Nəsrullah müsəlmanların qəlbindədir.Hizbullah o qədər güclüdür ki, başqa yerdən silah almağa ehtiyacı yoxdur.Biz (Livanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxşılaşdırılması barədə) kimsəyə göstəriş vermirik; Şeyx Nəim Qasim böyük bir şəxsiyyətdir və özü hansı işlərin Livan xalqının mənafeinə uyğun olduğunu özü müəyyən edəcək. Əlbəttə, biz onun yanaşmasını bəyənirik.Biz hərcür şəraitə hazırıq (İsrail hücum edərsə), amma hesab etmirəm ki, İsrail belə ağılsızlıq edər.Əgər İsrail bunu (İrana hücum) edərsə, möhkəm cavab alacaq.Arzu etdiyimiz yol budur ki, Livanın rəsmiləri müxtəlif cərəyanlarla birlikdə hərəkət etsinlər.Livan xalqı ağıllı insanlardır və himayədara ehtiyacı yoxdur. Amerikaların özlərini Livanın himayədarı hesab etmələrinə heç bir zərurət yoxdur.Sizə sual edirəm: hansısa ləyaqətli livanlı ABŞ-nin təzyiqi altında öz mənafeyini itirməyə razı olsun?Tövsiyə etdiyimiz strategiya budur ki, qərarı Livan xalqı özü versin.