Ordu komandanı: Biz düşməni izləyirik və onun səhvlərinə sərtliklə cavab verəcəyik
https://parstoday.ir/azeri/news/iran-i12730-ordu_komandanı_biz_düşməni_izləyirik_və_onun_səhvlərinə_sərtliklə_cavab_verəcəyik
Ordu komandanı düşməni davamlı olaraq izlədiyimizi və onun hər səhvinə qətiyyətli cavab verəcəyimiz bildirərək dedi: Düşmən bilməlidir ki, İran xalqı öz potensialı, imkanları və yüksək idealları ilə qalib gələcək.
(last modified 2025-09-28T07:33:51+00:00 )
Sen 28, 2025 11:28 Asia/Baku
  • Ordu komandanı: Biz düşməni izləyirik və onun səhvlərinə sərtliklə cavab verəcəyik

Ordu komandanı düşməni davamlı olaraq izlədiyimizi və onun hər səhvinə qətiyyətli cavab verəcəyimiz bildirərək dedi: Düşmən bilməlidir ki, İran xalqı öz potensialı, imkanları və yüksək idealları ilə qalib gələcək.

General-mayor Əmir Hatəmi zabit kursantları qarşısında çıxış edərək dedi: Siz düşmənin sadəlövh təxəyyül və yanlış hesablamalarla ölkənin təhlükəsizliyini, ərazi bütövlüyünü, müstəqilliyini və İslam quruluşunu təhdid etdiyi xüsusi bir zamanda orduya daxil olmağı seçdiniz. Lakin nəhayət, böyük İran xalqı və silahlı qüvvələrinin müqaviməti ilə onlar məğlub oldular. Qüdrətli silahlı qüvvələr xalqın dəstəyi və Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Xameneinin (Allah onu qorusun) müdrik rəhbərliyi ilə düşməni öz qanunsuz istəklərinə nail olmaqda uğursuzluğa düçar etdi və onu məğlubiyyətə uğratdı və böyük İran xalqı qələbə çaldı.