Əraqçi: Başa çatmış qətnamələrin bərpası üçün heç bir hüquqi əsaslı addım atılmayıb
Sen 29, 2025 09:54 Asia/Baku
İranın Xarici İşlər naziri deyib: Başa çatmış qətnamələrin bərpası ilə bağlı heç bir hüquqi əsaslı addım atılmayıb. Onun sözlərinə görə, ABŞ, Britaniya, Fransa və Almaniyanın bu istiqamətdəki cəhdləri beynəlxalq hüququn birtərəfli şəkildə pozulması və BMT-nin nüfuzundan sui-istifadə etməkdir. Əraqçi əlavə edib ki, bu ölkələrin irəli sürdüyü iddialar hüquqi cəhətdən əsassızdır.
O əlavə edib: Belə addımlar həm 2231 saylı qətnamənin ruhuna, həm də mətninə zidd olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının nüfuzuna və çoxtərəfli diplomatiyanın etibarına ciddi zərbə vurur.
Teqlər