Bəqayi: Troyka-nın ABŞ-dən sonra İran əleyhinə qətnamələri bərpa etməsi qanunsuzdur
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib: Üç Avropa ölkəsinin ABŞ-nin təzyiqi ilə İran əleyhinə ləğv olunmuş Təhlükəsizlik Şurası qətnamələrini bərpa etmək cəhdi əsassız və qanunsuzdur.
Bəqayi X sosial şəbəkəsində yayılan mesajında qeyd edib ki, Xarici İşlər Nazirliyinin ayrı ölkələrin xarici işlər nazirlərinə göndərdiyi məktubda ABŞ, İngiltərə, Fransa və Almaniyanın başa çatmış qətnamələri yenidən qüvvəyə minməsi cəhdi qanunsuz və əsassız hesab olunur.O əlavə edib: Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətinin uzadılmaması BMT-də “hakimiyyətə əsaslanan sistem”in uğursuzluğunu göstərir; burada bir tərəf qərar verib, digər tərəflər isə həmin qərarı icra edib.Bəqayi həmçinin vurğulayıb: Avropa ölkələrinin Ümumi Hərtərəfli Fəaliyyət Planı üzrə mübahisələrin həlli mexanizmindən sui-istifadəsi 2231 saylı qətnamənin müddətinin 18 oktyabr 2025-ci ildə bitməsi hüquqi reallığını dəyişdirməməlidir.