İran Mərkəzi Bankının aktivlərinin Aİ tərəfindən dondurulması xəbəri doğru deyil
https://parstoday.ir/azeri/news/iran-i12756-İran_mərkəzi_bankının_aktivlərinin_aİ_tərəfindən_dondurulması_xəbəri_doğru_deyil
Xarici İşlər Nazirliyinin İqtisadi Diplomatiya üzrə müavini bildirib: İran Mərkəzi Bankının aktivlərinin dondurulması xəbəri həqiqətə uyğun deyil, çünki İran bankları belə bir addımın atılacağını əvvəlcədən bilirdi. Dondurulan hesablarda əsasən heç bir vəsait yox idi və ya hesabların bağlanmasının qarşısını almaq üçün yalnız minimal məbləğ saxlanılırdı.
(last modified 2025-10-01T12:59:09+00:00 )
Sen 30, 2025 13:29 Asia/Baku
  • İran Mərkəzi Bankının aktivlərinin Aİ tərəfindən dondurulması xəbəri doğru deyil

Xarici İşlər Nazirliyinin İqtisadi Diplomatiya üzrə müavini bildirib: İran Mərkəzi Bankının aktivlərinin dondurulması xəbəri həqiqətə uyğun deyil, çünki İran bankları belə bir addımın atılacağını əvvəlcədən bilirdi. Dondurulan hesablarda əsasən heç bir vəsait yox idi və ya hesabların bağlanmasının qarşısını almaq üçün yalnız minimal məbləğ saxlanılırdı.

 

Avropa İttifaqı, “Snapback” mexanizminin tətbiqi çərçivəsində bu gün, 29 sentyabr 2025-ci ildə açıqlama verərək İran əleyhinə sanksiyaların yenidən tətbiq olunduğunu elan edib. Aİ-nin bəyanatında qeyd edilir: Bugün yenidən tətbiq edilən təhrimlər, 2006-cı ildən etibarən BMT Təhlükəsizlik Şurasının ardıcıl qətnamələri ilə təsdiq edilərək Avropa İttifaqının qanunlarına avtomatik daxil edilmiş sanksiyaları, həmçinin Aİ-nin müstəqil təhrimlərini əhatə edir.

 

Bu mövzu ilə bağlı İRNA-nın müxbirinə danışan Həmid Qənbəri bildirib:

İran Mərkəzi Bankının aktivlərinin dondurulması xəbəri doğru deyil, çünki İran bankları belə bir addımın atılacağını əvvəlcədən bilirdilər. Dondurulan hesablarda əslində vəsait yox idi və ya hesabların bağlanmasının qarşısını almaq üçün yalnız minimal məbləğ saxlanılırdı. Ona görə də heç bir mühüm hadisə baş verməyib ki, deyək yüksək miqdarda aktivlər dondurulub; bu hesablar faktiki olaraq istifadəsiz vəziyyətdə idi və indi sanksiyalar siyahısına daxil ediliblər.