Pezeşkian: Bizdə təslim olmaq yoxdur
Prezident Məsud Pezeşkian bildirib: Dünya hazırda bizə təzyiq göstərir ki, təslim olaq, lakin təslim olmaq bizdə yoxdur və biz canımız bahasına İran üçün mübarizə apararıq, amma baş əymərik.
Pezeşkian 29 sentyabr 2025-ci il tarixində sərbəst və yunan-Roma güləşi üzrə milli komandaların Xorvatiyada keçirilən dünya çempionatında qazandıqları qələbədən sonra medal alan idmançıları, məşqçiləri və məsul şəxslərin təltif mərasimində çıxış edib.
O, bu qələbənin cəmiyyətdə yeni ruh oyatdığını vurğulayaraq, uğurların davam etdirilməsi üçün səylərin artırılmasının vacibliyini bildirib:
İnsan həmişə çalışmalıdır ki, rəqiblərindən geri qalmasın. Siz, gənc idmançılar, göstərdiniz ki, biz ölkəmizin üstünlüyü üçün çalışırıq və torpağımıza bağlıyıq.
Prezident əlavə edib:
Siz öz davranışlarınızla ölkəmizin gənclərinə nümunə ola bilərsiniz. Dünya indi bizə təzyiq göstərir ki, təslim olaq, lakin təslim olmaq bizdə yoxdur və biz canımız bahasına İran üçün mübarizə aparacağıq və heç vaxt baş əyməyəcəyik.
O, həmçinin ölkəyə qarşı tətbiq olunan sanksiyalar və iqtisadi məhdudiyyətlərə toxunaraq qeyd edib:
Öz bacarıqlarımıza söykənməliyik. Əminəm ki, bacarıqlarımıza və imkanlarımıza güvənərək məqsədlərimizə çatmaq üçün çalışsaq, mütləq nail olacağıq. Quran da deyir ki, hər kəs Allah yolunda çalışsa, ona doğru yolu göstərəcəklər.
Pezeşkian əlavə edib:
Hazırda çətin vəziyyətdəyik, amma qonşu ölkələrlə əlaqələrimizi yaxşılaşdırmaq üçün işlər görürük. Göstərdiyiniz əzmkarlıq və bağlılıqla həyatın bütün sahələrində uğura doğru irəliləməliyik.