İranın CFT-yə qoşulmasına Şuranın şərti razılığı
https://parstoday.ir/azeri/news/iran-i12790-İranın_cft_yə_qoşulmasına_Şuranın_şərti_razılığı
İranın Məsləhət Şurasının sözçüsü bildirib: Şura İranın Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Beynəlxalq Konvensiyaya (CFT) qoşulmasına şərti şəkildə razılıq verib.
(last modified 2025-10-04T08:19:22+00:00 )
Okt 01, 2025 23:17 Asia/Baku
  • İranın CFT-yə qoşulmasına Şuranın şərti razılığı

İranın Məsləhət Şurasının sözçüsü bildirib: Şura İranın Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Beynəlxalq Konvensiyaya (CFT) qoşulmasına şərti şəkildə razılıq verib.

 

Məsləhət Şurasının bu gün keçirilən iclası Ayətullah Amuli Laricaninin sədrliyi ilə, üç hakimiyyət qolu rəhbərləri, Konstitusiya Mühafizə Şurasının bəzi üzvləri, iqtisadiyyat və maliyyə naziri, habelə xarici işlər nazirinin iştirakı ilə baş tutub. İclasda İran İslam Respublikasının sözügedən beynəlxalq konvensiyaya qoşulması barədə qanun layihəsi müzakirə olunub.

 

Məlumatda deyilir ki, müzakirələrin sonunda Şura üzvlərinin əksəriyyəti İran parlamentinin CFT-yə qoşulma təkidinə dair islah olunmuş təklifə müsbət səs verib.

 

 

 

 

Məsləhət Şurasının sözçüsü İranın şərtlərini açıqlayarkən bildirib: İran parlamenti Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Beynəlxalq Konvensiyaya qoşulma layihəsini təsdiq edərkən, İranın bu konvensiyanı Konstitusiya çərçivəsində həyata keçirəcəyinə dair bir şərt qoymuşdu.

 

Mohsen Dehnəvi qeyd edib: Əlavə bir şərt də irəli sürülüb ki, İslam Respublikası yalnız Konstitusiya və daxili qanunlara uyğun olaraq bu konvensiyanı qəbul edəcək.