İran sionist rejimin “Əl-Sumud” donanmasına qarşı hərbi hücumunu qəti şəkildə pislədi
Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin “Sumud” dəniz karvanına yenidən hücum etməsini və Qəzzənin zülm altında olan xalqını dəstəkləyən fəalların həbsini sərt şəkildə pislədi.
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi müxtəlif ölkələrdən olan fəal və insan haqları qruplarının fədakar hərəkətlərini, məzlum Fələstin xalqına dəstəklərini və Qəzzə zolağındakı qəddar mühasirənin yarılması istiqamətində səylərini yüksək qiymətləndirərək, sionist rejiminin bu karvana hücumunu beynəlxalq qaydaların açıq pozulması və terror aktı kimi dəyərləndirdi.Nazirliyin sözçüsü həmçinin Qəzzədə davam edən etnik təmizləmə və günahsız insanların qətlini vurğulayaraq, bütün dövlətlərin Fələstinlilərə qarşı soyqırımın dayandırılması, cinayətkarların məsuliyyətə cəlb olunması üçün hüquqi, əxlaqi və humanitar öhdəliklərini xatırlatdı və beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı təcili tədbirlər görməyə çağırdı.