İran və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı olub
https://parstoday.ir/azeri/news/iran-i12794-İran_və_pakistan_xarici_işlər_nazirləri_arasında_telefon_danışığı_olub
İran İslam Respublikasının xarici işlər naziri Seyyid Abbas Əraqçi və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhəmməd İshaq Dar çərşənbə günü telefonla danışaraq ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər.
(last modified 2025-10-04T10:36:41+00:00 )
Okt 02, 2025 12:20 Asia/Baku
  • İran və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı olub

İran İslam Respublikasının xarici işlər naziri Seyyid Abbas Əraqçi və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhəmməd İshaq Dar çərşənbə günü telefonla danışaraq ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər.

 

Tərəflər bu telefon danışığında iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın vacibliyini vurğulayaraq, regional və beynəlxalq sülh və sabitliyin qorunması məqsədilə ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində koordinasiya və əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

 

İran və Pakistan xarici işlər nazirləri Fələstin məsələsini İslam dünyasının ən mühüm problemi kimi dəyərləndirib, fələstinlilərə qarşı soyqırımın dayandırılması və bu cinayətlərin törədilməsində iştirak edənlərin məsuliyyətə cəlb olunması üçün İslam ölkələrinin təcili və təsirli addımlar atmasını tələb ediblər.

 

Nazir Əraqçi, BMT Təhlükəsizlik Şurasında Avropa ölkələrinin nüvə razılaşmasının mübahisələrin həlli mexanizmindən sui-istifadə cəhdlərinə qarşı Pakistanın məsuliyyətli mövqeyinə görə təşəkkür edərək bildirib: Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi, öz müddəalarına və nüvə razılaşmasının mətninə uyğun olaraq, 2025-ci il oktyabrın 18-də başa çatmış hesab olunmalıdır.