"Doğru vəd 2" əməliyyatı bədəlsiz təhdidlər dövrünün sona çatdığı mesajını daşıyırdı
https://parstoday.ir/azeri/news/iran-i12796-doğru_vəd_2_əməliyyatı_bədəlsiz_təhdidlər_dövrünün_sona_çatdığı_mesajını_daşıyırdı
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Doğru vəd 2” əməliyyatının ildönümü ilə bağlı verdiyi bəyanatda vurğuladı: “Doğru vəd 2” dünyaya və şər və yırtıcı sionist rejimə açıq bir mesaj idi ki, bədəlsiz təhdidlər dövrünün sona çatdı və istənilən təcavüzün təəssüf doğuran cavabı olacaq.
(last modified 2025-10-05T10:12:18+00:00 )
Okt 02, 2025 16:25 Asia/Baku

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Doğru vəd 2” əməliyyatının ildönümü ilə bağlı verdiyi bəyanatda vurğuladı: “Doğru vəd 2” dünyaya və şər və yırtıcı sionist rejimə açıq bir mesaj idi ki, bədəlsiz təhdidlər dövrünün sona çatdı və istənilən təcavüzün təəssüf doğuran cavabı olacaq.

 

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Doğru vəd 2” əməliyyatı ilə bağlı bəyanat yayaraq, şəhid komandirlərin igidliyini və xatirəsini yad edərək, bu əməliyyatı təkcə düşmənin təcavüz və cinayətlərinə cavab vermək üçün verilən ağır cəza deyil, həm də bədəlsiz düşmən təhdid və təcavüz dövrünün sona çatması və düşmənin hər hücumuna təəssüfləndirici cavabla nəticələnəcəyini bildirdi və vurğuladı: "Düşmən düşərgəsinin hər hansı yeni səhvinə və mümkün təcavüzünə "Doğru vədlərdən" daha ağır, daha dəqiq və daha ölümcül cavab verəcəkdir."Bu bəyanatın bir hissəsində deyilir:Oktyabr ayının 2-i, İslam İranı Müqavimət Cəbhəsinin komandirləri və liderləri, şəhid İsmayıl Haniyə, şəhid Seyid Həsən Nəsrullah və şəhid general-mayor Abbas Nilfuruşanın şəhadətinə cavab olaraq işğal olunmuş ərazilərin ürəyini raketlərdən və dəqiq təyinatlı pilotsuz təyyarələrdən atəş dalğaları ilə parçaladı və sionist rejimin karton hegemonluğunu darmadağın etdi.Bu strateji əməliyyat, "hərbi rasionallığın simvolu və çəkindirmə tarazlığının tərtibçisi", SEPAH general-leytenantı Hüseyn Salaminin cəsarətli və ruhlandırıcı komandanlığı, "Meydanın, inqilabın və müqavimət diskursunun nüfuzunun bayraqdarı"-nın rəhbərliyi və tədbiri ilə İnqilab Keşikçiləri Korpusunun görkəmli generalı, general-mayor Əmir Əli Hacızadənin “texniki dühası və hücum gücü” və İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəşadətli general-mayoru Mahmud Baqiri “Əməliyyat fərasəti və cihad ruhu” möcüzələri ilə İranın raket qüdrəti öz möcüzələri ilə sionist düşməni və onun havadarlarını, xüsusən də Ağ Evin cinayətkar hakimlərini ifşa etdi və əməliyyat səhnəsini İran və iranlıların qüdrət nümayişinə çevirdi.