Ölkənin Şərq bölgəsində ixtisaslaşmış hava hücumundan müdafiə təlimi keçirildi
Okt 03, 2025 10:54 Asia/Baku
SEPAH Quru Qoşunlarının Samenül-Əimmə (ə) regional qərargahının təşəbbüsü ilə “İqtidar şəhidləri” adlı xüsusi hava hücumundan müdafiə təlimi cümə axşamı Rəştxar ümumi bölgəsində təşkil olunub.
SEPAH Quru Qoşunlarının Samenül-Əimmə (ə) regional qərargahının komandiri general Məhəmməd Əşəri təlim zamanı bildirib ki, bütün sistemlər dəqiqliklə və ixtisaslaşmış təlimlər əsasında müəyyən edilmiş hədəfləri, o cümlədən kiçik pilotsuz uçuş aparatlarını uğurla məhv edib.
O əlavə edib ki, ölkənin şərqində yerləşən bölmələr tam döyüş hazırlığındadır və bölgədə heç bir təhlükə mövcud deyil.
Teqlər