Ölkənin Şərq bölgəsində ixtisaslaşmış hava hücumundan müdafiə təlimi keçirildi
https://parstoday.ir/azeri/news/iran-i12800-Ölkənin_Şərq_bölgəsində_ixtisaslaşmış_hava_hücumundan_müdafiə_təlimi_keçirildi
SEPAH Quru Qoşunlarının Samenül-Əimmə (ə) regional qərargahının təşəbbüsü ilə “İqtidar şəhidləri” adlı xüsusi hava hücumundan müdafiə təlimi cümə axşamı Rəştxar ümumi bölgəsində təşkil olunub.
(last modified 2025-10-05T10:12:18+00:00 )
Okt 03, 2025 10:54 Asia/Baku
  • Ölkənin Şərq bölgəsində ixtisaslaşmış hava hücumundan müdafiə təlimi keçirildi

SEPAH Quru Qoşunlarının Samenül-Əimmə (ə) regional qərargahının təşəbbüsü ilə “İqtidar şəhidləri” adlı xüsusi hava hücumundan müdafiə təlimi cümə axşamı Rəştxar ümumi bölgəsində təşkil olunub.

 

SEPAH Quru Qoşunlarının Samenül-Əimmə (ə) regional qərargahının komandiri general Məhəmməd Əşəri təlim zamanı bildirib ki, bütün sistemlər dəqiqliklə və ixtisaslaşmış təlimlər əsasında müəyyən edilmiş hədəfləri, o cümlədən kiçik pilotsuz uçuş aparatlarını uğurla məhv edib.

 

O əlavə edib ki, ölkənin şərqində yerləşən bölmələr tam döyüş hazırlığındadır və bölgədə heç bir təhlükə mövcud deyil.