XİN sözçüsü: Dünya müharibə cinayətkarlarının cəzasız qalmasına son qoymalıdır
https://parstoday.ir/azeri/news/iran-i12804-xİn_sözçüsü_dünya_müharibə_cinayətkarlarının_cəzasız_qalmasına_son_qoymalıdır
Xarici İşlər Nazirliyinin sözçüsü dünyanın qanunların vəhşicəsinə pozulmasına son qoymalı olduğunu bildirib və deyib: Hərbi cinayətkarların və soyqırımın cəzasızlığına son qoymalı və bu cinayətlərə haqq qazandıranları məsuliyyətə cəlb etməlidir.
(last modified 2025-10-05T06:47:08+00:00 )
Okt 05, 2025 10:44 Asia/Baku
  • XİN sözçüsü: Dünya müharibə cinayətkarlarının cəzasız qalmasına son qoymalıdır

Xarici İşlər Nazirliyinin sözçüsü dünyanın qanunların vəhşicəsinə pozulmasına son qoymalı olduğunu bildirib və deyib: Hərbi cinayətkarların və soyqırımın cəzasızlığına son qoymalı və bu cinayətlərə haqq qazandıranları məsuliyyətə cəlb etməlidir.

 

İsmayıl Bəqayi X sosial şəbəkə hesabında yazıb: Hadisədən bir ay sonra Amerika mediası hər kəsin bildiyini təsdiqlədi: "Tunis sahillərində Qəzzaya humanitar yardım aparan qayıqlara PUA hücumu Netanyahunun göstərişi ilə həyata keçirilib".️Bəqayi əlavə etdi: Bu, İsrail rejiminin ölkələrin milli suverenliyinə, beynəlxalq hüquqa, insan həyatı və ləyaqətinə əsla məhəl qoymamasının növbəti sübutudur.