İran Əs-Sumud donanmasına hücumu və Fələstin tərəfdarlarının həbsini pisləyib
https://parstoday.ir/azeri/news/iran-i12806-İran_Əs_sumud_donanmasına_hücumu_və_fələstin_tərəfdarlarının_həbsini_pisləyib
Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin beynəlxalq sularda Əs-Sumud humanitar donanmasının gəmilərinə hücumunu və Fələstin xalqına dəstək verən fəalların zorakılıqla həbsini pisləyib və Qəzzada tətbiq edilən aclığı davam etdirmək məqsədi daşıyan terror aktı kimi qiymətləndirib.
(last modified 2025-10-05T06:48:14+00:00 )
Okt 05, 2025 10:47 Asia/Baku
  • İran Əs-Sumud donanmasına hücumu və Fələstin tərəfdarlarının həbsini pisləyib

Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin beynəlxalq sularda Əs-Sumud humanitar donanmasının gəmilərinə hücumunu və Fələstin xalqına dəstək verən fəalların zorakılıqla həbsini pisləyib və Qəzzada tətbiq edilən aclığı davam etdirmək məqsədi daşıyan terror aktı kimi qiymətləndirib.

 

İsmail Bəqayi Qəzzanın amansız mühasirəsini yarmaq və fələstinlilərin soyqırımı ilə üzləşmək məqsədi daşıyan Əs-Sumud humanitar kampaniyasında 47 ölkə vətəndaşlarının iştirakına işarə edərək, bütün hökumətlərin və BMT-nin bu kampaniyaya dəstək verməsinin, sionist rejimin hesaba çəkilməsinin və əsirləri dərhal azad etməsinin vacibliyini vurğulayıb.️İşğal rejiminin fələstinli məhbuslara qarşı işgəncə və qeyri-insani rəftarının simvolu kimi tanınan “Əs-Sumud” konvoyu məhbuslarının qorxulu Katziut həbsxanasına köçürülməsinə toxunan Bəqayi deyib: Fələstin tərəfdarlarının həbsi və İsrailin daxili təhlükəsizlik nazirinin onlara qarşı təhqiramiz davranışları ilə yanaşı bu həbsxanaya köçürülməsi, rejimin mənəvi tənəzzülünə də işarədir.O, ️ABŞ və bəzi digər Qərb ölkələrinin Fələstinlilərin soyqırımına davamlı dəstəyinə öz ikrah hissini ifadə edərək qeyd etdi: "Bütün hökumətlərin soyqırımı dayandırmaq və cinayətkarları mühakimə edib cəzalandırmaq üçün hüquqi və mənəvi məsuliyyəti var".