İran Polisi narkotiklərlə mübarizənin ön cəbhəsindədir - Üç ton opiat aşkarlanıb
Milli Təhlükəsizlik Qüvvələrinin baş komandanının müavini General-mayor Qasim Rezai İranın narkotiklərlə mübarizə polisinin bu opiatın qaçaqmalçılığı ilə mübarizədə ön cəbhədə olduğunu bildirərək deyib: Son 5 ildə ölkəmiz polisi tərəfindən üç min ton müxtəlif narkotik maddə aşkar edilərək məhv edilib.

O, polisin diplomatiya sahəsində geniş səlahiyyətlərinə toxunaraq əlavə edib: Narkotiklərlə mübarizə polisi müxtəlif ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələr qurmaq səlahiyyətinə malikdir. Biz bu əlaqələrin genişlənməsini alqışlayırıq, çünki bizim həm dəyərli təcrübəmiz var, həm də bu dəhşətli fenomenlə mübarizə aparmaq üçün məqsədyönlü proqramlar həyata keçiririk.General Rezai narkotiki bəşəriyyətin düşməni adlandırıb və vurğulayıb: İran İslam Respublikası üçün bu narkotiklərin İran vətəndaşlarının və ya digər xalqların həyatını təhdid etməsinin fərqi yoxdur. İlahi hökmə görə, bir insanı xilas etmək, cəmiyyəti xilas etməyə bərabərdir.