İİKK Baş Komandanı: Düşmənlərin Fars körfəzindəki hər hansı səhvi qətiyyətli cavabla üzləşəcək
https://parstoday.ir/azeri/news/iran-i12844-İİkk_baş_komandanı_düşmənlərin_fars_körfəzindəki_hər_hansı_səhvi_qətiyyətli_cavabla_üzləşəcək
 İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Günü münasibətilə təbrik məktubunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı vurğulayıb: Düşmənlərin Fars körfəzi, Hörmüz boğazı və İran adalarında hər hansı səhv hesablamaları qəti, dərhal, sarsıdıcı və təəssüf doğuran cavabla üzləşəcək.
(last modified 2025-10-08T12:35:22+00:00 )
Okt 08, 2025 12:33 Asia/Baku
  • İİKK Baş Komandanı: Düşmənlərin Fars körfəzindəki hər hansı səhvi qətiyyətli cavabla üzləşəcək

 İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Günü münasibətilə təbrik məktubunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı vurğulayıb: Düşmənlərin Fars körfəzi, Hörmüz boğazı və İran adalarında hər hansı səhv hesablamaları qəti, dərhal, sarsıdıcı və təəssüf doğuran cavabla üzləşəcək.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Məhəmməd Pakpurun Hərbi Dəniz Qüvvələri Günü münasibəti ilə təbrik məktubunda deyilir: “İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Günü ərəfəsində mən Müqəddəs Müdafiənin görkəmli şəhid komandirlərini və döyüşçülərini, xüsusilə də Fars körfəzində 8 oktyabr 1987-ci il əbədi dastanının qəhrəmanlarını, “Şəhidlər Nadir Məhdəvi, Bijən Qord, Nəsrullah Şəfii, Qulamhüseyn Təvəssüli, Mehdi Məhəmmədiha, Xodadad Absəlan və Məcid Mübarəki” cəsarətli döyüşlə qlobal hegemoniyanın kukla gücünü darmadağın etdilər və Fars körfəzini təcavüzkarların qəbiristanlığına çevirdilər.O, mesajında qeyd edib: “Şübhəsiz ki, bugünkü SEPAH Hərbi Dəniz Qüvvələri təkcə İslami İranın milli və regional təhlükəsizliyinin təminatçısı deyil, həm də qlobal hegemoniyanın zorakılığına qarşı ədalət, nüfuz və xalqların müstəqilliyinə əsaslanan yeni dəniz nizamının banisidir”.