İran və Türkmənistan Xarici İşlər Nazirlərinin telefon danışığı baş tutub
https://parstoday.ir/azeri/news/iran-i12856-İran_və_türkmənistan_xarici_İşlər_nazirlərinin_telefon_danışığı_baş_tutub
İran İslam Respublikası Xarici İşlər Naziri Seyid Abbas Əraqçi ilə Türkmənistan Xarici İşlər Naziri Rəşid Mərdov arasında telefon danışığı olub.
(last modified 2025-10-09T05:48:53+00:00 )
Okt 09, 2025 09:19 Asia/Baku
  • İran və Türkmənistan Xarici İşlər Nazirlərinin telefon danışığı baş tutub

İran İslam Respublikası Xarici İşlər Naziri Seyid Abbas Əraqçi ilə Türkmənistan Xarici İşlər Naziri Rəşid Mərdov arasında telefon danışığı olub.

 

Danışıq zamanı, nazirlər ikitərəfli əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər.

 

Hər iki nazir siyasi, iqtisadi, elmi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi mövzusunda ortaq iradələrini qeyd edərək, xüsusən enerji və nəqliyyat sahələrində əməkdaşlıq və danışıqların gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Telefon danışığının sonunda, tərəflər davamlı əlaqələrin və koordinasiyanın həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.