İran İslam Respublikası BMT İnsan Haqları Şurasının Məsləhət Komitəsinə üzv seçilib
https://parstoday.ir/azeri/news/iran-i12862-İran_İslam_respublikası_bmt_İnsan_haqları_Şurasının_məsləhət_komitəsinə_üzv_seçilib
Cenevrədə BMT İnsan Haqları Şurasının yekdil qərarına əsasən, bu gün Əfsanə Nədipur İran İslam Respublikasını təmsil edərək BMT İnsan Haqları Şurasının Məsləhət Komitəsinə üzv seçildi.
(last modified 2025-10-09T09:19:14+00:00 )
Okt 09, 2025 13:08 Asia/Baku
  • İran İslam Respublikası BMT İnsan Haqları Şurasının Məsləhət Komitəsinə üzv seçilib

Cenevrədə BMT İnsan Haqları Şurasının yekdil qərarına əsasən, bu gün Əfsanə Nədipur İran İslam Respublikasını təmsil edərək BMT İnsan Haqları Şurasının Məsləhət Komitəsinə üzv seçildi.

 

Nədipur İranın keçmiş Danimarkadakı səfiri və İran İslam Respublikasının təcrübəli diplomatlarından biridir.

 

İranın BMT yanında daimi nümayəndəsi və səfiri Əli Bəhreyni "X" sosial media səhifəsində yayımladığı mesajında Əfsanə Nədipurun seçilməsini təbrik edərək yazıb: Bu, BMT İnsan Haqları Şurasının təsisindən bəri ilk dəfədir ki, ölkəmizin nümayəndəsi İnsan Haqları Şurasının Məsləhət Komitəsinə üzv seçilir.

 

BMT İnsan Haqları Şurasının Məsləhət Komitəsi, BMT-nin beş regional qrupundan olan 18 müstəqil mütəxəssis tərəfindən təşkil olunur və İnsan Haqları Şurasının düşüncə və məsləhət orqanı kimi fəaliyyət göstərir. Namizəd dövlətlər tərəfindən təqdim olunur və Şura tərəfindən seçilir.