Xəzəryanı ölkələr arasında qarşıdakı tədbirlər müzakirə olunub – Gilan toplantısından Tehrandakı sammitədək
https://parstoday.ir/azeri/news/iran-i12926-xəzəryanı_ölkələr_arasında_qarşıdakı_tədbirlər_müzakirə_olunub_gilan_toplantısından_tehrandakı_sammitədək
Xəzəryanı dövlətlərin səfirləri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş keçirərək, bir sıra məsələlər, o cümlədən Tehranda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə və beş ölkə arasında yüksək səviyyəli görüşlərə hazırlıq barədə fikir mübadiləsi aparıblar.
(last modified 2025-10-14T11:57:16+00:00 )
Okt 13, 2025 20:49 Asia/Baku
  • Xəzəryanı ölkələr arasında qarşıdakı tədbirlər müzakirə olunub – Gilan toplantısından Tehrandakı sammitədək

Xəzəryanı dövlətlərin səfirləri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş keçirərək, bir sıra məsələlər, o cümlədən Tehranda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə və beş ölkə arasında yüksək səviyyəli görüşlərə hazırlıq barədə fikir mübadiləsi aparıblar.

 

Görüşdə “Xəzəryanı beşlik” formatında əməkdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi və qarşıdakı sammitlərin təşkilati məsələləri müzakirə olunub.

 

Məlumata görə, ölkəmizin Rusiyadakı səfiri bazar ertəsi Rusiya Federasiyasının Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Nikolay Odaviçenko ilə görüşüb.

 

Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə tərəflər iki ölkə arasında mövcud dostluq münasibətlərini yüksək qiymətləndirib, regiondakı son proseslər, Xəzər dənizi ilə bağlı əməkdaşlıq istiqamətləri və qarşıdakı tədbirlər – xüsusilə Xəzəryanı vilayətlərin qubernatorlarının Gilan toplantısı və Xəzəryanı dövlət başçılarının Tehrandakı VII sammiti ilə bağlı məsələləri müzakirə ediblər.