Nəqliyyat naziri: İran, Rusiya və Azərbaycan 15 milyon tonluq tranzit həcmini hədəfləyir
https://parstoday.ir/azeri/news/iran-i12936-nəqliyyat_naziri_İran_rusiya_və_azərbaycan_15_milyon_tonluq_tranzit_həcmini_hədəfləyir
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib: İran, Rusiya və Azərbaycan 15 milyon tonluq tranzit həcminə nail olmağı planlaşdırır. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün infrastrukturun gücləndirilməsi və prosedurların sadələşdirilməsi istiqamətində işlər davam etdirilir.
(last modified 2025-10-15T12:12:50+00:00 )
Okt 14, 2025 19:58 Asia/Baku
  • Nəqliyyat naziri: İran, Rusiya və Azərbaycan 15 milyon tonluq tranzit həcmini hədəfləyir

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib: İran, Rusiya və Azərbaycan 15 milyon tonluq tranzit həcminə nail olmağı planlaşdırır. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün infrastrukturun gücləndirilməsi və prosedurların sadələşdirilməsi istiqamətində işlər davam etdirilir.

 

Nazir qeyd edib ki, Rəşt–Astara dəmir yolu marşrutunun torpaq sahələrinin alınması tam şəkildə İranın öhdəsindədir, dəmir yolunun çəkilişi və nəqliyyat vasitələrinin təchizatı isə Rusiya tərəfindən maliyyələşdiriləcək.Fərzanə Sadiqin sözlərinə görə, torpaq sahələrinin alınması prosesi sürətlə davam etdiyini bildirərək əlavə edib: Rusiya artıq torpaq təhvilinə başlayıb və indiyədək 34 kilometrlik hissə təhvil verilib. Hazırda layihə üzrə texniki və araşdırma işləri aparılır və yaxın vaxtlarda keçiriləcək ikitərəfli və üçtərəfli görüşlərin nəticəsində infrastruktur layihəsində nəzərəçarpan irəliləyişlər gözlənilir.