İran, Azərbaycan və Rusiya tranzit əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addım atıblar
https://parstoday.ir/azeri/news/iran-i12938-İran_azərbaycan_və_rusiya_tranzit_əməkdaşlığının_genişləndirilməsi_istiqamətində_mühüm_addım_atıblar
 İran İslam Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Bakıda keçirilən üçtərəfli görüşün yekununda yayılan rəsmi bəyanatda tranzit infrastrukturunun inkişafı, nəqliyyat proseslərinin rəqəmsallaşdırılması və birgə gömrük qaydalarının imzalanması ilə bağlı mühüm razılıqlar əldə edildiyi bildirilib. Bu addımların məqsədi regional əməkdaşlığın gücləndirilməsi və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından maksimum dərəcədə faydalanmaqdır.
(last modified 2025-10-15T12:12:50+00:00 )
Okt 14, 2025 20:16 Asia/Baku
  • İran, Azərbaycan və Rusiya tranzit əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addım atıblar

 İran İslam Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Bakıda keçirilən üçtərəfli görüşün yekununda yayılan rəsmi bəyanatda tranzit infrastrukturunun inkişafı, nəqliyyat proseslərinin rəqəmsallaşdırılması və birgə gömrük qaydalarının imzalanması ilə bağlı mühüm razılıqlar əldə edildiyi bildirilib. Bu addımların məqsədi regional əməkdaşlığın gücləndirilməsi və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından maksimum dərəcədə faydalanmaqdır.

 

Bəyanata əsasən, İran, Azərbaycan və Rusiya arasında nəqliyyat, enerji və gömrük sahələrində əməkdaşlığa dair üçtərəfli görüş 13 oktyabr 2025-ci il, bazar ertəsi günü Bakıda keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin birinci müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin birinci müavini Aleksey Overçuk və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq iştirak ediblər.Tərəflər nəqliyyat, enerji və gömrük sahələrində üçtərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib, mövcud əməkdaşlığın gedişatından məmnunluq ifadə ediblər. Görüş iştirakçıları 8 avqust 2016-cı il tarixli dövlət başçılarının birgə bəyanatının və 1 noyabr 2017-ci il tarixli ortaq bəyanatın əhəmiyyətini vurğulayaraq, iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi, regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də ortaq enerji layihələrinin həyata keçirilməsi istiqamətində razılıqların davam etdirilməsini vacib saydı.Tərəflər regionun tranzit potensialının artırılmasının zəruriliyini qeyd edərək, üç ölkə ərazisindən keçən Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə infrastruktur layihələrinin icrasının sürətləndirilməsi barədə razılığa gəldilər. Həmçinin illik yükdaşıma həcminin 15 milyon tona çatdırılması və sabit ticarət axınının təmin olunması məqsədilə birgə tədbirlərin görülməsi qərara alındı.Razılaşmaların icrası üzrə fəaliyyət planının hazırlanması məqsədilə üç ay müddətinə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. Bundan başqa, üç ölkənin gömrük, sərhəd və nəqliyyat orqanlarının iştirakı ilə avtomobil nəqliyyatı sahəsində xüsusi işçi qrupunun yaradılması da qərara alınıb.