Əraqçi Qoşulmama Hərəkatının iclasında iştirak etmək üçün Uqandaya səfər edib
Okt 15, 2025 11:13 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün səhər (çərşənbə günü) Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Uqandanın paytaxtı Kampala şəhərinə daxil olub.
O, iclasın ümumi müzakirələrində iştirak etməklə yanaşı, İran İslam Respublikasının beynəlxalq proseslərə dair mövqelərini açıqlayacaq və toplantı çərçivəsində iştirakçı ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirərək fikir mübadiləsi aparacaq.
Teqlər