Qoşulmama Hərəkatı Venesuelaya xarici təhdidlərə qarşı qəti dəstək verir
Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri Uqandanın paytaxtı Kampalada keçirilən 19-cu Xarici İşlər Nazirləri Toplantısında Karib dənizi regionunda baş verən son hadisələrdən dərin narahatlıq ifadə edərək, Venesuelanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiklərini açıqlayıblar.
15 və 16 oktyabr 2025-ci il tarixlərində Uqandanın paytaxtı Kampalada keçirilən Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Toplantısının yekun bəyanatında iştirakçılar Karib regionunda gərginliyin artmasına istinad edərək, xarici təhdidlərə qarşı Venesuela Bolivar Respublikasına tam dəstəklərini bəyan etdilər və bütün tərəfləri təmkinli olmağa, beynəlxalq hüquqa hörmət etməyə və hər hansı hərbi münaqişədən qaçmağa çağırdılar.