İranın hər il 6 peyki kosmosa buraxılır
Ölkəmiz hər il kosmosa 6 peyk buraxır və bundan əlavə, peyk daşıyan raketlər sahəsində mühüm nailiyyətlər əldə edilib. Bunu İran Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri deyib.
Vəhid Yəzdanian cümə günü İsfahanda bu həftə cümə namazından əvvəl çıxışında deyib ki, Tamamilə yerli istehsal olan peyklərin hazırlanması və orbitə buraxılması texnologiyası sürətlə inkişaf edir və bu yolun gələcəyi ümidvericidir.
O, 1990-cı illərin sonunda hazırlanaraq orbitə buraxılan peyklərin fəaliyyətinin heç bir nəticə vermədiyini, lakin 2000-ci illərin əvvəllərində iranlı alimlərin iradəsi və elmi səyləri nəticəsində ilk peykin kosmosa uğurla buraxıldığını xatırladıb.
Yəzdanianın sözlərinə görə, bu peyklərin fəaliyyəti əsasən insanların həyat keyfiyyətinə birbaşa təsir edən rabitə sahəsinin inkişafına yönəlib.