Süheyl – Hörmüzqanın misilsiz incisı beynəlxalq səviyyədə tanındı
https://parstoday.ir/azeri/news/iran-i12978-süheyl_hörmüzqanın_misilsiz_incisı_beynəlxalq_səviyyədə_tanındı
Qeşm Azad Ticarət Zonası Təşkilatının Mədəni İrs, Turizm və Sənətkarlıq İdarəsinin müvəqqəti rəhbəri bildirib: Qeşm adasında yerləşən Süheyl kəndi rəsmi şəkildə beynəlxalq qeydiyyata alınıb. O vurğulayıb ki, Hörmüzqan vilayətinin bu bənzərsiz incisı 2025-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən dünyanın ən yaxşı turizm kəndlərindən biri seçilib.
(last modified 2025-10-18T08:16:11+00:00 )
Okt 17, 2025 11:47 Asia/Baku
  • Süheyl – Hörmüzqanın misilsiz incisı beynəlxalq səviyyədə tanındı

Qeşm Azad Ticarət Zonası Təşkilatının Mədəni İrs, Turizm və Sənətkarlıq İdarəsinin müvəqqəti rəhbəri bildirib: Qeşm adasında yerləşən Süheyl kəndi rəsmi şəkildə beynəlxalq qeydiyyata alınıb. O vurğulayıb ki, Hörmüzqan vilayətinin bu bənzərsiz incisı 2025-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən dünyanın ən yaxşı turizm kəndlərindən biri seçilib.

 

İran İslam Respublikasının kəndlərin və məhrum bölgələrin inkişafı üzrə vitse-prezidenti Əbdülkərim Hüseynzadə Qeşm adasında keçirilən “Dünyanın ən yaxşı turizm kəndləri” mərasimində çıxış edərək deyib:Bu gün bir çox ölkələrin İrana qarşı mövqe tutduğu bir dünyada, bu torpağın bir kəndinin adının beynəlxalq səviyyədə parlaması və İran bayrağının ucaldılması böyük fəxr və qürur mənbəyidir.Hüseynzadənin sözlərinə görə, Süheyl sadəcə bir kənd deyil, İranın dünyadakı simasıdır — izzət, şərəf və ləyaqətlə yaşayan xalqın mədəni, sivilizasion və insani təmsilçisidir və bu dəyərləri dünyaya təqdim edir.Vitse-prezident əlavə edib: Süheyl və ona bənzər kəndlər daxili, yerli inkişafın uğurlu nümunələridir. Dövlət belə təcrübələrin ölkə üzrə genişlənməsi, qonşu kəndlərin də Süheyl kimi inkişaf etməsi üçün şərait yaradacaq. Biz hökumət olaraq xalqın yanındayıq və yerli inkişafı gücləndirmək üçün bütün imkanlardan istifadə edəcəyik, – deyə o bildirib.Hüseynzadə onu da qeyd edib ki, dövlət xalq təşəbbüslərinə əsaslanan layihələri – kiçik inkişaf fondlarının yaradılmasını, fermerlərlə birgə investisiya proqramlarını və kənd təsərrüfatı sahəsində səlahiyyətləndirmə təşəbbüslərini dəstəkləyir. Məqsəd, qarşılıqlı etimada və həmrəyliyə əsaslanan bir inkişaf yolunun formalaşdırılmasıdır.Vitse-prezidentin sözlərinə görə, Qeşm adasının gözəlliyi şiə və sünni əhalinin sülh və qardaşlıq şəraitində birgə yaşayışındadır. Bu insanlar mavi dənizin və parlaq günəşin qoynunda, İran sevgisi ilə yaşayırlar. Ümid edirəm ki, bu həmrəylik və ucalıq daim davamlı olacaq, – deyə Hüseynzadə vurğulayıb.