Qənbəri: Bir çox ölkələr “snapback” mexanizminin aktivləşdirilməsini qeyri-qanuni hesab edib
https://parstoday.ir/azeri/news/iran-i12990-qənbəri_bir_çox_ölkələr_snapback_mexanizminin_aktivləşdirilməsini_qeyri_qanuni_hesab_edib
Xarici İşlər nazirinin iqtisadi məsələlər üzrə müavini Həmid Qənbəri bildirib: Avropa ölkələri pis niyyətlə Birgə Hərtərəfli Fəaliyyət Planının mətnindən sui-istifadə ediblər. O vurğulayıb ki, bu addım BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bir neçəsi, Qoşulmama Hərəkatına üzv ölkələr və digər dövlətlər tərəfindən rədd edilib və çox sayda ölkə bu addımı qanunsuz və hüquqi prinsiplərə zidd hesab edib.
(last modified 2025-10-19T06:29:37+00:00 )
Okt 19, 2025 09:44 Asia/Baku
  • Qənbəri: Bir çox ölkələr “snapback” mexanizminin aktivləşdirilməsini qeyri-qanuni hesab edib

Xarici İşlər nazirinin iqtisadi məsələlər üzrə müavini Həmid Qənbəri bildirib: Avropa ölkələri pis niyyətlə Birgə Hərtərəfli Fəaliyyət Planının mətnindən sui-istifadə ediblər. O vurğulayıb ki, bu addım BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bir neçəsi, Qoşulmama Hərəkatına üzv ölkələr və digər dövlətlər tərəfindən rədd edilib və çox sayda ölkə bu addımı qanunsuz və hüquqi prinsiplərə zidd hesab edib.

 

Qənbərinin sözlərinə görə, hazırda tətbiq olunan proses ABŞ-nin keçmişdə atdığı addımlardan fərqlənmir. Avropa ölkələri ABŞ-lə birlikdə şirkətlərinin əməkdaşlığını dayandıraraq və yeni sanksiyalar tətbiq etməklə eyni istiqamətdə hərəkət ediblər. O bildirib ki, Avropa dövlətləri pis niyyət və mətnin təhrif edilmiş şərhi ilə Birgə Hərtərəfli Fəaliyyət Planının müddəalarından istifadə edərək BMT Təhlükəsizlik Şurasının İran İslam Respublikasına qarşı sanksiyalarını bərpa etməyə çalışıblar, lakin bu təşəbbüs bir çox ölkələrin, xüsusən də Qoşulmama Hərəkatına üzv dövlətlərin ciddi etirazı ilə qarşılanıb.Qənbəri qeyd edib ki, çoxlu sayda ölkə bu hərəkəti qanunsuz və hüquqi prinsiplərə zidd adlandırıb və buna görə də Avropa ölkələrinin iddiaları nə hüquqi, nə də siyasi baxımdan əsaslı sayıla bilməz.