Əraqçi: Britaniya parlamentində nümayiş etdirilən PUA – İsrail lobbisinin qurduğu tamaşa idi
https://parstoday.ir/azeri/news/iran-i13010-Əraqçi_britaniya_parlamentində_nümayiş_etdirilən_pua_İsrail_lobbisinin_qurduğu_tamaşa_idi
Xarici işlər naziri Seyid Abbas Əraqçi Britaniya parlamentində bir pilotsuz uçuş aparatının nümayiş etdirilməsi və onun yalanla İrana aid edilməsi barədə yayılan iddialara münasibət bildirib.
(last modified 2025-10-20T09:58:19+00:00 )
Okt 19, 2025 20:27 Asia/Baku
  • Əraqçi: Britaniya parlamentində nümayiş etdirilən PUA – İsrail lobbisinin qurduğu tamaşa idi

Xarici işlər naziri Seyid Abbas Əraqçi Britaniya parlamentində bir pilotsuz uçuş aparatının nümayiş etdirilməsi və onun yalanla İrana aid edilməsi barədə yayılan iddialara münasibət bildirib.

 

Əraqçi qeyd edib: Britaniya parlamentində bir PUA-nın nümayişi – hansı ki, qərəzli şəkildə və əsassız olaraq İrana aid edilib – təəssüf doğuran və İsrail lobbisi ilə onun havadarları tərəfindən təşkil olunmuş bir səhnədir.Nazir əlavə edib: İranla Avropa arasındakı dostluq münasibətlərinə qarşı çıxan bəzi qüvvələr, əsrlər boyu formalaşmış əlaqələrə – o cümlədən İranla Polşa arasındakı tarixi münasibətlərə – zidd olan saxta rəvayətlər uydurmağa çalışırlar.Əraqçi vurğulayıb: İran bu məsələ ilə bağlı həqiqətlərin aydınlaşdırılması üçün texniki danışıqlar aparmağa və müvafiq sənədlərin mübadiləsinə hazırdır.