İran Futbol Federasiyası sionist rejimin Fələstinə hücumunu pisləyib
https://parstoday.ir/azeri/news/iran-i13042-İran_futbol_federasiyası_sionist_rejimin_fələstinə_hücumunu_pisləyib
 İran Futbol Federasiyası bəyanat yayaraq, sionist rejimin məzlum Fələstin xalqına qarşı son hücumlarını bəşəri və idman dəyərləri ilə ziddiyyət təşkil edən qeyri-insani bir hərəkət adlandırıb və bu cinayətlərə dərhal son qoyulmasının vacibliyini vurğulayıb.
(last modified 2025-10-23T08:52:50+00:00 )
Okt 22, 2025 18:02 Asia/Baku
  • İran Futbol Federasiyası sionist rejimin Fələstinə hücumunu pisləyib

 İran Futbol Federasiyası bəyanat yayaraq, sionist rejimin məzlum Fələstin xalqına qarşı son hücumlarını bəşəri və idman dəyərləri ilə ziddiyyət təşkil edən qeyri-insani bir hərəkət adlandırıb və bu cinayətlərə dərhal son qoyulmasının vacibliyini vurğulayıb.

 

Sionist rejimin Fələstinin müxtəlif bölgələrinə hücumlarının güclənməsi və çoxlu sayda müdafiəsiz insanın şəhadətindən sonra İran İslam Respublikası Futbol Federasiyası rəsmi bəyanat yayaraq, bu qeyri-insani hərəkəti qəti şəkildə pisləyib.Bəyanatda deyilir: İranın futbol ictimaiyyəti günahsız Fələstin xalqına qarşı törədilən bu vəhşi cinayətləri pisləyir və məzlum və müqavimətçi Fələstin xalqını dəstəklədiyini bəyan edir.