İranın 45 raketi İsrailin həyati əhəmiyyətli obyektlərinə dəyib
https://parstoday.ir/azeri/news/iran-i13062-İranın_45_raketi_İsrailin_həyati_əhəmiyyətli_obyektlərinə_dəyib
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, sionist rejimin rəsmi mənbələri İranın 45 raketinin rejimin həyati əhəmiyyətli obyektlərinə dəydiyini təsdiqləyiblər.
(last modified 2025-10-27T03:02:27+00:00 )
Okt 26, 2025 07:31 Asia/Baku
  • İranın 45 raketi İsrailin həyati əhəmiyyətli obyektlərinə dəyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, sionist rejimin rəsmi mənbələri İranın 45 raketinin rejimin həyati əhəmiyyətli obyektlərinə dəydiyini təsdiqləyiblər.

 

Əli Larıcani “X” sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: "İran silahlı qüvvələri sionistlərlə müharibədə parladılar; İsrail rejiminin Yəhudi Milli Təhlükəsizlik Fondu tərəfindən nəşr olunan “Odun kölgəsində” adlı kitabda rejimin hava hücumundan müdafiəsi təhlil olunur".

"Onlar özləri yazıblar ki, İrandan atılan 45 raketin həssas hədəfləri vurub. Bu statistika İranın iddiası deyil və İsrailin rəsmi mənbələrindən gəlir", - deyə o qeyd edib.