Peskov: Putin və Əliyev arasında keçirilən görüş çox dəyərli olub
https://parstoday.ir/azeri/news/iran-i13084-peskov_putin_və_Əliyev_arasında_keçirilən_görüş_çox_dəyərli_olub
Kremlin sözçüsü Dmitri Peskov Tacikistanda Rusiya və Azərbaycan prezidentlərinin son görüşünə münasibət bildirərək deyib: Tacikistanın paytaxtı Düşənbədə iki ölkə rəhbərləri arasında keçirilən ikitərəfli görüşün nəticələrini çox dəyərli qiymətləndiririk. Bu görüş ikitərəfli münasibətlərimizdə yeni bir səhifə açmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
(last modified 2025-10-29T15:18:53+00:00 )
Okt 29, 2025 11:15 Asia/Baku
  • Peskov: Putin və Əliyev arasında keçirilən görüş çox dəyərli olub

Kremlin sözçüsü Dmitri Peskov Tacikistanda Rusiya və Azərbaycan prezidentlərinin son görüşünə münasibət bildirərək deyib: Tacikistanın paytaxtı Düşənbədə iki ölkə rəhbərləri arasında keçirilən ikitərəfli görüşün nəticələrini çox dəyərli qiymətləndiririk. Bu görüş ikitərəfli münasibətlərimizdə yeni bir səhifə açmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

 

O əlavə edib ki, görüş zamanı hər iki ölkənin lideri Bakıda narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılan Rusiya vətəndaşlarının məsələsini də müzakirə ediblər.Kremlin sözçüsü vurğulayıb: Bu məsələ diqqət mərkəzindədir və biz Azərbaycan tərəfi ilə dialoqu davam etdiririk.