BMT Baş katibi İsrailin Qəzzaya hücumlarını şiddətlə pisləyib
https://parstoday.ir/azeri/news/iran-i13096-bmt_baş_katibi_İsrailin_qəzzaya_hücumlarını_şiddətlə_pisləyib
BMT-nin mətbuat katibi Stefan Dujarrik bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş İsrailin dünən Qəzzaya endirdiyi hava zərbələri nəticəsində, çox sayda uşaqlar da daxil olmaqla, mülki şəxslərin qətlə yetirilməsini şiddətlə pisləyib.
(last modified 2025-10-30T09:20:59+00:00 )
Okt 29, 2025 19:19 Asia/Baku
  • BMT Baş katibi İsrailin Qəzzaya hücumlarını şiddətlə pisləyib

BMT-nin mətbuat katibi Stefan Dujarrik bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş İsrailin dünən Qəzzaya endirdiyi hava zərbələri nəticəsində, çox sayda uşaqlar da daxil olmaqla, mülki şəxslərin qətlə yetirilməsini şiddətlə pisləyib.

 

Dujarrik qeyd edib: Baş katib atəşkəsi zəiflədən və mülki şəxslərin həyatını təhlükə altına atan bütün hərəkətləri qınayır.

 

O həmçinin bildirib: Quterreş atəşkəsin qorunması ilə bağlı öhdəliklərə əməl olunmasının vacibliyini vurğulayıb və mülki əhaliyə zərər vura biləcək, eləcə də humanitar yardımların çatdırılmasına mane olacaq hər hansı addımlardan çəkinməyə çağırıb