İran qızlarından ibarət futzal komandası Asiya Gənclər Oyunlarında qalib gəldi
https://parstoday.ir/azeri/news/iran-i13106-İran_qızlarından_ibarət_futzal_komandası_asiya_gənclər_oyunlarında_qalib_gəldi
İranın qızlardan ibarət futzal komandası Bəhreyndə keçirilən Asiya Gənclər Oyunlarında Çini penaltilər seriyasında məğlub edərək qalib gəldi.
(last modified 2025-10-30T09:28:29+00:00 )
Okt 30, 2025 13:26 Asia/Baku
  • İran qızlarından ibarət futzal komandası Asiya Gənclər Oyunlarında qalib gəldi

İranın qızlardan ibarət futzal komandası Bəhreyndə keçirilən Asiya Gənclər Oyunlarında Çini penaltilər seriyasında məğlub edərək qalib gəldi.

 

Bəhreyn Asiya Oyunlarında qızlardan ibarət futzal yarışları son gününə çatdı.Çin Taybeyini məğlub edərək finala yüksələn İran qızlarından ibarət futzal komandası çempionluq kubokunu və qızıl medalı qazanmaq üçün Çin səddini keçməli idi.İran qızlarından ibarət komandanın baş məşqçisi Fatimə Şərif bu oyunda İranın start heyətində Fatimə Şükrani, Niayiş Rəhmani, Tənnaz Baqiri, Hədis Yari və Nərgiz Əmirmöhsini yer aldı.Oyunun əsas vaxtında qalib müəyyənləşmədi və oyun qolsuz heç-heçə ilə başa çatdı. Oyunun taleyi penaltilər seriyasında müəyyənləşməli oldu. Penalti seriyasında iranlılar 3-2 hesabı ilə qalib gələrək çempionluq titulunu qazandılar və ikinci yerin sahibi Çin qızlar komandasına nəsib oldu, beləliklə, İranın qızlardan ibarət futzal komandası qızıl medalı, Çin komandası isə gümüş medalı qazandı.Reytinq matçında Çin Taybeyi Honkonqu 6-1 hesabı ilə məğlub edərək yarışda üçüncü yeri tutdu.