Laricani: Düşmənin bütün məqsədi İran xalqının iradəsini sındırmaqdır
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, düşmənin bütün məqsədi İran xalqının iradəsini sındırmaqdır. O qeyd edib: Biz danışıqlar aparmayaq demirik, lakin danışıqlar real olmalıdır.
Laricani insani elmlər üzrə mütəxəssislərlə görüşündə deyib: Düşmən istəyir ki, İranın nə nüvə məsələsi, nə də zənginləşdirmə proqramı olsun. Halbuki bir vaxtlar elə onlar özləri deyirdilər ki, İran zənginləşdirmə hüququna malikdir. İndi isə deyirlər ki, zənginləşdirməni dayandırın, raketlərin uçuş məsafəsini azaldın və regionda bizim dediklərimizi yerinə yetirin. Düşmənin tələblərinin sonu yoxdur və buna qarşı milli müqavimət lazımdır. İran xalqı öz mövqeyində möhkəm dayanmalıdır.Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, ABŞ-nin Livanda “Barak” adlı nümayəndəsi var və o, Vaşinqtonun niyyətlərini ifadə edir. O, Livana gəldiyi ilk gündən bildirdi ki, 60 gündən artıq vaxtınız yoxdur və Hizbullahın silahsızlaşdırılması həyata keçirilməlidir. Lakin sonra başa düşdü ki, burada göstəriş vermək mümkün deyil və buna görə də əsəbləşdi. Son vaxtlar isə bildirib ki, bu, son dəfədir – ya dediklərimizi yerinə yetirirsiniz, ya da İsrail hücum edəcək.Əli Laricani bir daha vurğulayıb ki, heç kim danışıqlar aparmayaq demir, lakin sadəlövh olmaq olmaz. Danışıqlar bir üsuldur, amma doğru zamanda aparılmalıdır. İran İslam Respublikası danışıqlardan qaçmır, biz danışıqlar aparırdıq, lakin düşmən müharibəyə başladı.