Əraqçi: Nobel mükafatı uzun müddətdir ki, ona yaraşan etibarı itirib
Noy 05, 2025 10:57 Asia/Baku
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Nobel sülh mükafatı laureatının sionist cinayətkarları tərifləməsinə münasibət bildirib: Nobel mükafatı çoxdan ona yaraşan etibarı itirib.
Bu ilki Nobel sülh mükafatının qalibi Mariya Korina Maçado daha əvvəl sosial şəbəkə hesabında paylaşdığı mesajda İsrail rejiminin baş naziri ilə telefon danışığından xəbər vermiş, HƏMAS, Hizbullah və Husiləri “terrorçu” adlandıraraq sionist rejimin Qəzzadakı cinayətlərini dəstəkləmişdi. O, həmçinin ölkəsinə qarşı Trampın hərbi müdaxiləni də nəzərdə tutan planlarının icrasını tələb etmişdi.
Teqlər