İran və Türkiyə xarici işlər nazirlərinin telefon danışığında regional proseslər müzakirə edilib
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq proseslər barədə müzakirələr aparıb.
İran İslam Respublikasının xarici işlər naziri Pakistan və Əfqanıstan arasında gərginliyin azaldılması istiqamətində həyata keçirilən səylərə yüksək qiymət verərək, regional sülh və sabitliyin qorunması məqsədilə məsləhətləşmələrin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu sahədə İran İslam Respublikasının yardım göstərməyə hazır olduğunu bəyan edib.
Türkiyənin xarici işlər naziri də telefon danışığı zamanı regional sülh və sabitliyin qarşılıqlı şəkildə bir-biri ilə bağlı olduğunu qeyd edərək, regionda sülh və sabitliyin qorunması üçün bütün ölkələrin səylər göstərməsinin əhəmiyyətini vurğulayıb.