Əraqçi: Danışıqlar üzrə təşəbbüslərimiz var / Xarici İşlər Nazirliyi öz vəzifələrini yerinə yetirib
Seyid Abbas Əraqçi İRNA-nın Xarici İşlər Nazirliyinin fəaliyyətinə dair bəzi tənqidlərə münasibəti ilə bağlı sualını cavablandırarkən bildirib: Danışıqlar sahəsində müəyyən təşəbbüslərimiz var, lakin yalnız o halda ki, bu addımlar İran xalqının maraqları və hüquqlarının qorunması istiqamətində olsun. Qarşı tərəf İran xalqının hüquqlarının tapdalanmasına və əsassız tələblərə səbəb olacaq danışıqlar prosesini irəli aparmaqda israr edərsə, belə təkliflərlə heç bir iranlı razılaşmaz.
Bazar ertəsi, 16 noyabr ayında xarici işlər naziri Seyid Abbas Əraqçi “Beynəlxalq hüquqa hücum, təcavüz və müdafiə” adlı beynəlxalq konfransın çərçivəsində jurnalistlərə açıqlamasında deyib:ABŞ-nin bəzi Qərb ölkələrinin dəstəyi ilə həyata keçirdiyi siyasətlər beynəlxalq münasibətləri BMT yaradılmamış dövrə və beynəlxalq hüququn formalaşmadığı vaxta qaytarmağa yönəlib; başqa sözlə, meşə qanununlarına dönüşdür.Nazir əlavə edib: Bu siyasətlər ölkələrə istədikləri zaman istədiklərini etmək, istənilən yerə hücum etmək, şəhərlərin təxliyəsi barədə göstəriş vermək, qeyd-şərtsiz təslim tələb etmək, hansı ölkədə nə olmalı və nə olmamalı olduğuna özlərinin qərar vermək imkanı yaradır. Bu davranış meşə qanununlarından başqa bir şey deyil və dövlətləri beynəlxalq hüquqa arxalanmadan özünü gücləndirməyə və müdafiə etməyə sövq edir ki, bu da nəticədə beynəlxalq xaosa gətirib çıxarır. ABŞ hazırda məhz bu yolu tutub və beynəlxalq ictimaiyyət bu qanuna qarşı çıxmaqdır. Biz beynəlxalq dəyərlərə, beynəlxalq hüquqa və sülhün və sabitliyin təmin olunması üçün diplomatiyaya qayıtmalıyıq. İran bu hücumlar qarşısında müqavimət göstərəcək.Əraqçi qeyd edib: Bizim siyasətimiz tam aydındır. Biz diplomatiyanı və beynəlxalq mübahisələrin sülh yolu ilə həllini dəstəkləməkdə davam edirik, lakin eyni zamanda təzyiq, hegemonluq və əsassız tələblər qarşısında geri çəkilməyəcəyik və müqavimət göstərəcəyik. Necə ki, müxtəlif vaxtlarda sübut etmişik, heç vaxt zorakılıq və diktə qarşısında geri addım atmamışıq. Əgər bizə müharibə də qəbul etdirilsə, hərbi şəraitdə də ölkəmizi müdafiə etmək gücümüz var. Bizim siyasətimiz hegemonluğa qarşıdır; hegemonlara yox, diplomatiya və dialoqa isə bəli deyirik və bunu əməli şəkildə də göstərmişik.Xarici işlər naziri əlavə edib: İranda qeydiyyatsız zənginləşdirmə nüvə obyektləri mövcud deyil. İranın bütün nüvə obyektləri Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır.Əraqçi sonda bildirib: Bunun səbəbi odur ki, bizim zənginləşdirmə obyektlərimiz hədəfə alınmışdır. Mesajımız aydındır: İranın zənginləşdirmə və o cümlədən zənginləşdirmə hüququ daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ danılmazdır. İran bu hüquqa malikdir və ondan faydalanmaq üçün səylərini davam etdirəcək.