Arif Rusiyaya yola düşdü
https://parstoday.ir/azeri/news/iran-i13208-arif_rusiyaya_yola_düşdü
Birinci vitse-prezident Məhəmməd Rza Arif Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Baş Nazirlərinin Görüşündə iştirak etmək üçün siyasi və iqtisadi nümayəndə heyətinə rəhbərlik edərək Tehrandan Rusiyaya yola düşüb.
(last modified 2025-11-17T11:12:34+00:00 )
Noy 17, 2025 14:12 Asia/Baku
  • Arif Rusiyaya yola düşdü

Birinci vitse-prezident Məhəmməd Rza Arif Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Baş Nazirlərinin Görüşündə iştirak etmək üçün siyasi və iqtisadi nümayəndə heyətinə rəhbərlik edərək Tehrandan Rusiyaya yola düşüb.

 

Rusiyaya yola düşməzdən əvvəl Arif Mehrabad hava limanında jurnalistlərə səfərin planları və məqsədləri barədə məlumat verib: “Bu görüşdə 10 sənədin layihələri hazırlanıb və imzalanması razılaşdırılarsa, regional və çoxtərəfli əməkdaşlığa, eləcə də Avrasiya, İƏT və UNESCO da daxil olmaqla digər təşkilatlarla əməkdaşlığa yol açacaq”.Bu görüş çərçivəsində iştirakçı ölkələrin baş nazirləri ilə ikitərəfli məsələlər və əməkdaşlıq barədə görüşəcəyəm və ŞƏT Baş Nazirlərinin iki görüşündə ölkəmizin regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə hazırlığı və məsələləri ilə bağlı mövqelərimi açıqlayacağam.