İran ŞƏT üçün ortaq kriptovalyuta yaradılmasını təklif edib
Şanxay Əməkdaşlıq Təşkilatı Baş Nazirlər Şurasının 24-cü iclasında İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Rza Arif, 10 üzv ölkə arasında iqtisadi sahədə əməkdaşlığı praktik olaraq gücləndirmək üçün, o cümlədən ortaq kriptovalyuta yaratmaq zərurəti də daxil olmaqla müxtəlif təkliflər irəli sürdü.
O, qeyd etdi ki, bu ideyanın həyata keçirilməsi təşkilat üzvləri arasında iqtisadi mübadilə prosesini asanlaşdıra, etimad və şəffaflıq səviyyəsini artıra, regional inteqrasiyanın gücləndirilməsində və Şanxay Əməkdaşlıq Təşkilatının davamlı inkişaf məqsədlərinə çatmaqda əsas rol oynaya bilər.Birinci vitse-prezident vurğuladı ki, təşkilat üzvlərinin banklararası mesajlaşma üçün yeni və daha səmərəli mexanizm tətbiq etmək üçün bir-biri ilə ciddi şəkildə əməkdaşlıq etmələri və qarşılıqlı əlaqədə olmaları vacibdir.