10 İran sosial robotu ərsəyə gəlib; Şərif Universitetində 12 illik tədqiqatın nəticəsi
https://parstoday.ir/azeri/news/iran-i13236-10_İran_sosial_robotu_ərsəyə_gəlib_Şərif_universitetində_12_illik_tədqiqatın_nəticəsi
 Şərif Texnologiya Universitetinin Sosial və Koqnitiv Robototexnika Laboratoriyasının rəhbəri bu kompleksin 12 illik tədqiqat fəaliyyətini izah edərək dedi: Bu laboratoriyada indiyə qədər 10 sosial robot layihələndirilib və istehsal olunub və 3 yeni robot hazırlanır.
(last modified 2025-11-20T10:51:41+00:00 )
Noy 20, 2025 14:49 Asia/Baku
  • 10 İran sosial robotu ərsəyə gəlib; Şərif Universitetində 12 illik tədqiqatın nəticəsi

 Şərif Texnologiya Universitetinin Sosial və Koqnitiv Robototexnika Laboratoriyasının rəhbəri bu kompleksin 12 illik tədqiqat fəaliyyətini izah edərək dedi: Bu laboratoriyada indiyə qədər 10 sosial robot layihələndirilib və istehsal olunub və 3 yeni robot hazırlanır.

 

İRNA-nın Elm Şöbəsinin müxbiri ilə müsahibədə Əlirza Tahiri bildirib: Laboratoriyadakı tədqiqat fəaliyyətlərinin məqsədi insan həyatına daxil ola bilən və insanların həyatında dost, yoldaş, bələdçi, əyləndirici, müəllim köməkçisi və ya terapevt kimi rol oynaya bilən robotlar layihələndirmək, istehsal etmək və inkişaf etdirməkdir. Arzumuz insan həyatının keyfiyyətini artırmaqdır.Şərif Texnologiya Universitetinin Sosial və Koqnitiv Robototexnika Laboratoriyasının rəhbəri əlavə edib: Son 12 ildə bu laboratoriyada Arəş 1 və 2, Rəsa 1 və 2, Taban 1 və 2, Maya, Armin, Apo və Roma da daxil olmaqla 10 robot layihələndirilib və istehsal edib.