SEPAH-ın sözçüsü: Sanki hər an müharibə başlaya bilər – hazırlığımızı artırmışıq
SEPAH-ın sözçüsü, general Əli Naini bildirib: Təxminimiz odur ki, hər an müharibə başlaya bilər, və buna uyğun olaraq hazırlıqlarımızı maksimum səviyyəyə çatdırmışıq.
General Əli Naini əlavə edib: İnqilabı Ali Rəhbəri “barmaqları nəzarət altında saxlayın” tapşırığı verib. Bu nəzarəti şəhid Rəşid və şəhid Bəqiri həyata keçirirdi. Şəhid Rəşid, şəhid Bəqiri və şəhid Salami daim təlimlərdə iştirak edirdilər. Onlar Hacızadə ilə müxtəlif ssenarilər üzrə hərbi planları məşq edirdilər, belə ki, əgər düşmənin oxşar planı olsa, biz ona qarşı hansı strategiyanı həyata keçirəcəyik. Avadanlıqlar təkmilləşdirilir və döyüş otağı hər zaman aktiv vəziyyətdə saxlanılırdı. Şəhid Haniyənin terorundan sonra təxminimiz müharibənin qaçılmaz olması üzərində qurulmuşdu. Keçən ilin fevralından etibarən Xatəmül-Ənbiya (s) qərargahı dəqiq bilirdi ki, qarşıda müharibə var.
General Əli Naini həmçinin bildirib: Bu müharibədə İran İslam Respublikası müxtəlif səbəblərə görə qələbə qazanıb. Birinci səbəb xalq arasında qələbə hissinin mövcudluğudur. İnsanlarda qələbə hissi olduqda, deməli, düşmən informasiya baxımından uduzub. Bu yalnız hərbi müstəvidə deyil, informasiya müharibəsində də özünü göstərir.
General qeyd edib: Müharibədən sonra aparılmış beş-altı sorğunun orta nəticələrinə görə, İran əhalisinin 80 faizi qələbəni İran İslam Respublikasına aid edir, yalnız 4 faizi İsrail rejiminin qələbəsini qəbul edir. İşğal olunmuş ərazilərdə isə 13 faiz əhali İsrail rejiminin məqsədlərinə nail olduğunu hesab edir.