Seyid Abbas Əraqçinin Qahirə anlaşmasının başa çatması ilə bağlı açıqlaması
Xarici işlər naziri Seyid Abbas Əraqçi Qahirə anlaşmasının sonlanması ilə bağlı paylaşımında bildirib: Necə ki, iyun ayında diplomatiya İsrail və ABŞ tərəfindən hədəfə alınmışdı, Qahirə anlaşması da ABŞ və üç Avropa ölkəsi tərəfindən “öldürüldü.
Nazirin sözlərinə görə, bu vəziyyətə gətirib çıxaran xoşagəlməz və utancverici proses aşağıdakı kimi inkişaf edib:
İran ABŞ-lə altıncı raund nüvə danışıqlarının astanasında olduğu bir vaxtda qəfil əvvəl İsrail rejimi, daha sonra isə ABŞ İrana hücum edib.
Ardınca İran Misirin vasitəçiliyi ilə, nüvə obyektlərinin bombardman edilməsinə baxmayaraq, Qahirədə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yoxlamaların bərpası barədə anlaşma imzalayıb. Lakin həmin vaxt ABŞ-nin təzyiqi altında olan üç Avropa ölkəsi xalqımıza qarşı BMT Təhlükəsizlik Şurası sanksiyalarının tətbiqinə çalışıb.
İran agentlik müfəttişlərinə nüvə obyektlərinə çıxışı təmin etməyə başladıqda — və bu proses hücumlarda bombalanmamış müəssisələrdən start götürdüyü bir zamanda — ABŞ və üç Avropa ölkəsi birləşərək, İrandan şikayət edib onu BAEA-nin Qubernatorlar Heyətində ittiham mövzusu ediblər.
Nazir vurğulayıb: Artıq hamı üçün aydındır: yeni böhran yaratmağa çalışan tərəf İran deyil. Bizim xoş niyyətimiz başa düşülmür.
Üç Avropa ölkəsi və ABŞ gərginlik yaratmağa xidmət edən siyasət yürüdürlər və çox yaxşı anlayırlar ki, Qahirə anlaşmasının rəsmi şəkildə başa çatması onların öz təxribatlarının birbaşa nəticəsidir.