İslamabad: Tehranın uran zənginləşdirmə haqqını dəstəkləyirik
https://parstoday.ir/azeri/news/iran-i13242-İslamabad_tehranın_uran_zənginləşdirmə_haqqını_dəstəkləyirik
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin İranın nüvə məsələsi ətrafında gərginlik yaradan və diplomatiyaya zidd addımlara qarşı prinsipial mövqeyini vurğulayaraq bildirib: İslamabad Tehranın uran zənginləşdirmə hüququnu, Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasını və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini dəstəkləyir.
(last modified 2025-11-22T10:06:07+00:00 )
Noy 21, 2025 22:05 Asia/Baku
  • İslamabad: Tehranın uran zənginləşdirmə haqqını dəstəkləyirik

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin İranın nüvə məsələsi ətrafında gərginlik yaradan və diplomatiyaya zidd addımlara qarşı prinsipial mövqeyini vurğulayaraq bildirib: İslamabad Tehranın uran zənginləşdirmə hüququnu, Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasını və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini dəstəkləyir.

 

Məhəmməd Tahir Əndarabi bu gün İslamabadda keçirilən həftəlik mətbuat konfransında İRNA müxbirinin sualını cavablandırarkən qeyd edib: Pakistan bundan əvvəl də İranın atom obyektlərinə qarşı hər hansı xarici hərbi əməliyyatın həyata keçirilməsinə qarşı olduğunu bəyan edib və bir daha Tehranla qarşıdurma cəhdlərini və anti-diplomatik yanaşmanı rədd etdiyini vurğulayır.