Bəqayi: Qahirə anlaşması ləğv edilib / Tehran yeni qətnaməyə cavab verəcək
https://parstoday.ir/azeri/news/iran-i13246-bəqayi_qahirə_anlaşması_ləğv_edilib_tehran_yeni_qətnaməyə_cavab_verəcək
Xarici İşlər Nazirliyinin sözçüsü BAEA-nın Qubernatorlar Heyətində İran əleyhinə qəbul olunmuş qətnaməyə münasibət bildirərək deyib: Atılan addım qarşı mütləq şəkildə tərəfimizdən cavablandırılacaq. O əlavə edib: Agentliyə rəsmi məktubla bildirilib: İranın xoş niyyəti və Agentliklə nisbətən uzunmüddətli danışıqlar nəticəsində əldə edilmiş “Qahirə anlaşması” Tehran tərəfindən artıq ləğv olunmuş hesab edilir və başqa addımlar da gündəmdədir.
(last modified 2025-11-22T10:29:27+00:00 )
Noy 21, 2025 22:17 Asia/Baku
  • Bəqayi: Qahirə anlaşması ləğv edilib / Tehran yeni qətnaməyə cavab verəcək

Xarici İşlər Nazirliyinin sözçüsü BAEA-nın Qubernatorlar Heyətində İran əleyhinə qəbul olunmuş qətnaməyə münasibət bildirərək deyib: Atılan addım qarşı mütləq şəkildə tərəfimizdən cavablandırılacaq. O əlavə edib: Agentliyə rəsmi məktubla bildirilib: İranın xoş niyyəti və Agentliklə nisbətən uzunmüddətli danışıqlar nəticəsində əldə edilmiş “Qahirə anlaşması” Tehran tərəfindən artıq ləğv olunmuş hesab edilir və başqa addımlar da gündəmdədir.

 

O qeyd edib: Sözügedən qətnamə beynəlxalq bir qurumdan açıq şəkildə ABŞ və üç Avropa ölkəsinin öz məqsədləri üçün sui-istifadə edilməsidir.

 

Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Bu qətnamə hüquqi baxımdan çox zəifdir. Çünki öz əsasını elə bir addıma bağlayıb ki, həmin addımı Avropa üçlüyü vaxtilə BMT Təhlükəsizlik Şurasında irəli sürmüşdü, lakin bu addım bizim fikrimizcə və dünya ictimaiyyətinin əhəmiyyətli bir hissəsinin, o cümlədən Təhlükəsizlik Şurasının iki daimi üzvünün baxışına görə, batildir.