BMT-nin xüsusi məruzəçisi: İsrailin Livana hücumları hərbi cinayətdir
Noy 21, 2025 23:22 Asia/Baku
Qanunsuz edamlarla bağlı məsələlər üzrə BMT-nin xüsusi məruzəçisi İsrailin Livanda mülki şəxslərə qarşı həyata keçirdiyi hücumları hərbi cinayət kimi qiymətləndirib.
BMT-nin xüsusi məruzəçisi həmçinin İsrailin Livana yönəltdiyi təcavüzkar hücumların BMT Nizamnaməsini, 1701 saylı qətnaməni və Livanın suverenliyini pozduğunu bildirib.Livan Səhiyyə Nazirliyi isə dünən – cümə günü İsrail rejiminin atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri Livana qarşı həyata keçirdiyi təcavüzkar hücumlar nəticəsində şəhid olanların və yaralananların sayına dair yeni statistika açıqlayıb.
Teqlər