Laricani: İran və Pakistanın əməkdaşlığı regionda sülhə töhfə verir
Noy 25, 2025 09:59 Asia/Baku
Ali Təhlükəsizlik Şurasının katibi Pakistanın regiondakı mühüm mövqeyinə toxunaraq bildirib ki, Tehran və İslamabad arasında müxtəlif sahələrdə əməkdaşlıq bölgədə sakitlik və sülhün möhkəmlənməsinə kömək edir.
Əli Laricani çərşənbə axşamı səhər İslamabada daxil olduqdan sonra jurnalistlərlə söhbətində deyib: Pakistan regionda mühüm ölkədir və regional təhlükəsizlik şəraitinə təsir baxımından xüsusi mövqeyə malikdir.O əlavə edib: İranın şərq qonşusu mədəni baxımdan da önəmli rol oynayır və iki ölkə arasındakı münasibətlər qədim və tarixi bağlara əsaslanır.Laricani ümidvar olduğunu bildirib ki, Pakistan səfəri çərçivəsində keçiriləcək görüşlərdə bu mühüm məsələlər diqqət mərkəzində olacaq.
Teqlər